Azərbaycanda baş həkimlər işdən çıxarıldılar
Tibb işçiləri arasında koronavirusa yoluxma faktı əsasən pandemiya üçün ayrılmış xəstəxanalarda qeydə alınıb.
Sehiyye.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R.Bayramlı qeyd edib ki, virusa yoluxma digər tibb müəssisələrində də aşkarlanıb:
"Bu da məsuliyyətsizliyin nəticəsidir. Həmin səbəbdən bir çox xəstəxananın rəhbərləri vəzifələrindən azad olunub, bəzilərinə isə töhmət verilib".