sehiyye.info

Dünyanın ən güclü oğlanı, rus sumo güləşçisi, 21 yaşında öldü

Dünyanın ən güclü oğlanı, rus sumo güləşçisi, 21 yaşında öldü
Bir vaxtlar "dünyanın ən güclü uşağı" adlandırılan və cəmi 6 yaşında 95 kiloqram ağırlığında olan rus sumo güləşçisi Cambulat Xatoxov 21 yaşında vəfat etdi.
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki,Rusiyada yaşayan Cambulat Xatoxov 3 yaşında sağlamlığı ilə əlaqədar narahatlıqlarına baxmayaraq ağır çəkili bir ulduz oldu.

Sumo və Kabardin-Balkariya Kütləvi Güləş Federasiyasının prezidenti Betal Qubjev, Xatoxovun ölüm xəbərini açıqladı.

Xatoxovun ölüm səbəbi açıqlanmasa da, böyrəyində ciddi problem olduğu bildirildi.

9 yaşında olarkən 145 kiloqrama çatan Hatoxovun anasını xəbərdar edən İngilis həkimlər, çəkisinin diabet, xərçəng və ürək xəstəlikləri riskini artırdığını vurğuladılar.



REKLAM