sehiyye.info

Koronavirus və hamiləlik: risk altındasınızmı?

Koronavirus və hamiləlik: risk altındasınızmı?
Koronavirus pandemiyasıyla bağlı hamilə qadınlara infeksiyadan qorunmaq üçün xüsusilə diqqətli olmaları barədə xəbərdarlıq edilib. Bəs, virusun hamiləlik dövründəki riskləri nədən ibarətdir?

Covid-19-un hamilə qadınlar üçün yaratdığı təhlükələr tam olaraq bilinməsə də, görünən odur ki, onlar bu xəstəliyi digərlərindən daha ağır keçirmirlər.

"Çox böyük risklər olsaydı, indiyə qədər bilərdik," - London İmperiya Kollecinin doğum mütəxəssisi professor Christop Lees belə deyir.

Əksəriyyət kimi, hamilə qadınlar da xəstəliyi ya yüngül, ya da orta ağır vəziyyətdə - öskürək, qızdırma, təngənəfəslik, baş ağrısı və iybilmə hissinin itməsi əlamətlərinin müşayiətilə keçirir və sağalırlar.

Xəstəliyin ancaq ağır halı onlar üçün ciddi problemlər yarada bilir, ancaq bu, çox nadirən baş verir.

Ciddi səviyyədə ürək ağrıları olan hamilə qadınlar yüksək risk qrupuna aid edilirlər və onlara evdən çıxmamaq, başqalarıyla üz-üzə təmasdan yayınmaq, yalnız həkimlərlə ünsiyyətdə olmaq tövsiyə edilir.

Bəzi viruslar hamiləlik üçün daha təhlükəli ola bilir, ancaq koronavirusla bağlı hələ ki, belə hallara rast gəlinməyib.//BBC



REKLAM