sehiyye.info

Virus 6 metrdən çox məsafədən də yoluxa bilir.

Virus 6 metrdən çox məsafədən də yoluxa bilir.
Koronavirus nəinki yaxın təmas zamanı, hətta 6 metrdən çox məsafədən də yoluxa bilir.

Sehiyye.info e-tibb.az-a istinadən bildirir ki, bunu Türkiyənin Gülhanə Təhsil və Araşdırma Xəstəxanasının yoluxucu xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi, dosent Ümit Savaşçı yerli mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, ələlxüsus virus daşıyıcısı olan çox yüksək səslə danışan insanlar maska taxmadıqları halda hətta 6 metrdən çox məsafədən də virusu ötürə bilərlər.

O, koronavirusun ən çox ev şəraitində yoluxduğunu, bunun əsas səbəbinin evdə maska ​​istifadə edilməməsi olduğunu bildirib: "Fevral ayından bəri koronavirusla ciddi şəkildə mübarizə aparırıq. Bu müddətdə antikor pozitivliyim olmadı. Bunun səbəbi sosial məsafəyə diqqət yetirməyimiz, maskalardan istifadə etməyimiz və əl gigiyenasına əməl etməyimizdir. Hava-damcı yolu ilə yoluxan bütün infeksiyalıardan qorunmaq üçün ən azı 2 metrlik məsafəni gözləmək lazımdır".

Mütəxəssis vurğulayıb ki, virusu daşıyanlarla 15 dəqiqədən çox qapalı bir mühitdə maskasız qalanda yoluxma baş verir: "Burada təsir edici amillər də var, qapalı mühit ümumiyyətlə, havalandırılmırsa, daşıyıcı olanlar müəyyən müddətdə orada qalarsa, yoluxma baş verir. Xüsusən çox yüksək səslə danışanlar maska da taxmırlarsa, onların hətta 6 metrdən çox məsafədən də virusu yoluxdurmaq ehtimalı var. Maskanın qoruyuculuğu var. Qapalı mühitdə olanlar hamısı maska taxırsa, bu halda 90 faizdən çox qoruyuculuq yaranır".



REKLAM