sehiyye.info

Zəncəfil koronavirusla mübarizədə çox faydalıdır.

Zəncəfil koronavirusla mübarizədə çox faydalıdır.
Təbii vasitələrdən istifadə etməklə müxtəlif xəstəlikləri müalicə etmək olar.Bu vasitələrdən biri də zəncəfildir.
Sehiyye.info zəncəfilin faydaları haqqında sizə məlumat verir.
Sarıkök ilə bənzər təsirlərə sahib olan zəncəfilin kökü ədviyyat olaraq mətbəxlərdə, ya da tibbi məqsədlərlə müxtəlif cür istifadə edilir. Qoxusu qüvvətlidir. Zəncəfilin faydaları: arıqladıcıdır, metabolizmanı gücləndirir. Sakitləşdirici və qaz sökdürücüdür. Soyuqdəymədə bədəni tərlədir. İltihab önləyici təsiri ilə xüsusilə oynaq iltihablarına qarşı olduqca faydalıdır. Bəlğəmli öskürəyin yaxşılaşmasının sürətləndirir. Bulanmaları aradan qaldırmağa köməkçi olar və qusmanın qarşısını alır. Bədən müqavimətini və zehni gücü artırır. Mikroböldürücü və immunitet gücləndiricidir. Xərçəngə qarşı qoruyucudur. Damar tıxanıqlığının qarşısını almağa kömək edir, qan damarlarını genişlədərək revmatizm ağrılarını da yüngülləşdirir. Bağırsaq pozulmasına kömək edir, ishalı kəsir. Cinsi istəyi artırır.

Zəncəfil kökü, ümumiyyətlə, qurudularaq ədviyyat kimi istifadə edilir. Zəncəfili yaş da istifadə etmək olar. Ayrıca, zəncəfildən əldə edilən zəncəfil yağı həzmi asanlaşdırıcı kimi də istifadə edilir.

Zəncəfil çayı da həzmi asanlaşdırır və yaddaşı qüvvətləndirir. Bir stəkan qaynar suya qoz boyda zəncəfil dilimlənib atılar və 5-10 dəqiqə dəmlənməyə buraxılır. Zəncəfil çayı bal ilə dadlandırılaraq və içinə bir dilim limon sıxılaraq içilsə, daha ləzzətli və faydalı olar.

Hamiləliyin 2-ci ayından sonra zəncəfil içmək olmaz. Qaraciyər və mədə iltihabı yaşayanlara zəncəfil çayı məsləhət deyil. Öd kisəsində daşı olanlara da məsləhət deyil. Zəncəfildən qandurulducu kimyəvi dərman qəbul edənlər də istifadə etməməlidirlər. Çünki zəncəfil özü qandurulducudur. Trombu olan xəstələr də zəncəfili həkim məsləhəti ilə qəbul etsələr yaxşı olar. Gün ərzində zəncəfil çayının 1 litrdən artıq içənlər mədə, sinir sistemi depressiyası, ürək döyüntüsü artrımı kimi problemlərlə üzləşə bilərlər.
Son vaxtlar koronavirusla mübarizədə zəncəfilin xeyirli olması barədə fikirlər özünü doğruldur.Xalq təbabəti mütəxəssisləri və infeksionistlər zəncəfillə limon suyunun qarışığının müalicə üçün istifadəsini məsləhət görürlər.



REKLAM