sehiyye.info

Bu gün 40 ölüm olub koronadan.Amma yoluxma azalıb.

 Bu gün 40 ölüm olub koronadan.Amma yoluxma azalıb.
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 4226 nəfər müalicə olunaraq sağalıb, 1850 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 210 min 61 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 155 min 886 nəfər müalicə olunaraq sağalıb, 2380 nəfər vəfat edib. Aktiv xəstə sayı 51795 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 115 min 991 test aparılıb. Bugünkü test sayı isə 13034-dür.



REKLAM