Koronavirusun müalicəsində istifadə olunan dərmanlarla bağlı qıtlıq süni şəkildə yaradılıb.
Koronavirusun müalicəsində istifadə olunan dərmanlarla bağlı qıtlıq süni şəkildə yaradılıb.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O qeyd edib ki, dərman qıtlığı müəyyən insanlar tərəfindən yaradılır və bu da müvəqqətidir.
Ə.Əmiraslanov bildirib ki, bəzi insanlar bu vəziyyətdən istifadə edirlər: “Müvafiq qurumlar bu insanlar barəsində ciddi tədbirlər görməlidir. Məndə olan məlumata görə, ölkədə kifayət qədər dərman ehtiyyatı var, sadəcə müəyyən insanlar süni qıtlıq yaradaraq vəsait qazanmaq istəyir”.