Koronavirus bu kişilərin ölümünə səbəb olur
67 min COVID-19 xəstəsinin müayinə olunduğu araşdırmada kişilərin ölüm riskinin qadınlardan 30 faiz daha yüksək olduğu bir daha öz təsdiqini tapıb. Bu barədə Merilend Universitetinin alimləri araşdırma aparıb.
Sehiyye.info xəbər verir ki, tədqiqatda həmçinin COVID-19-un 20-39 yaş arasında obezlik, hipertoniya və diabet xəstələrinin ölüm riskinin sağlam yaşıdlarına nisbətən daha yüksək olduğu müəyyənləşdirilib.
“The Financial Express” qəzetinin məlumatına görə, ABŞ-dakı Merilend Universitetinin alimləri COVID-19 xəstələrinin ölüm yaşları ilə sağlamlıq vəziyyətləri arasındakı əlaqəni də araşdırıb. Nəticədə uşaqların ölüm hallarının 2 faizdən az olduğu qeyd edilib.
Araşdırmaya rəhbərlik edən Ketrin E.Qodman yaşlı xəstələrin ölüm riskinin ən yüksək olduğunu, ancaq obezlik və ya hipertoniyası olan gənclərin ölüm riskinin daha yüksək olduğunu vurğulayıb.
Tədqiqatın təfərrüatları “Klinik Yoluxucu Xəstəliklər” elmi jurnalında dərc edilib.//publika