sehiyye.info

Xaricdən gətirilən külli miqdarda dərman ölkəyə buraxılmadı - FOTO-VİDEO

Xaricdən gətirilən külli miqdarda dərman ölkəyə buraxılmadı - FOTO-VİDEO
Külli miqdarda dərman preparatlarının gizlincə ölkəyə keçirmə cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə boruyükü gətirən Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı, yük maşını saxlanılıb və sürücü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində olan boru yükünün içərisində 102 adda 8289 qutu dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.



REKLAM