sehiyye.info

Külli miqdarda protez diş Azərbaycana buraxılmadı

Külli miqdarda protez diş Azərbaycana buraxılmadı

Gürcüstandan idarə etdiyi "Mercedes-Benz 200" markalı nəqliyyat vasitəsi ilə ölkəmizə gələn Azərbaycan vətəndaşı "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Lent.az -a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı onun idarə etdiyi avtomobilin arxa oturacağının altında gömrük nəzarətindən gizlədilən 3626 ədəd müxtəlif adda protez diş, 260 ədəd stomatoloji ləvazimat aşkar olunub.



REKLAM