Bu gün koronavirusdan 41 nəfər dünyasını dəyişib.

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 4273 yoluxma faktı qeydə alınıb, 4164 nəfər müalicə olunaraq sağalıb.
Sehiyye.info xəbər verir ki,Nazirlər Kabineti yanında Operativ Qərargahdanverilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 183 min 259 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 119 min 5 nəfər müalicə olunaraq sağalıb, 2007 nəfər vəfat edib. Aktiv xəstə sayı 62247 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 980 min 579 test aparılıb. Bugünkü test sayı isə 17231-dir.//Azərtac