İdmandan əvvəl bir fincan qəhvə içmək performansı yaxşılaşdırır
İngiltərədəki Coventry Universitetinin alimləri, idman etməzdən əvvəl bir fincan qəhvə içməyin performansı artıracağını kəşf etdilər.
Sehiyye.info xarici mətbuata istinadən xəbər verirki,İngilis alimlər, idman etmədən əvvəl bir fincan qəhvə içməyin performansı artırdığını göstərdilər. Alimlər qəhvədəki kofeinin sinir sistemini hərəkətə gətirdiyini, yorğunluğun qarşısını aldığını və enerjinin artdığını söylədi.
QƏHVƏ VITAMİNLƏRDƏ VƏ MİNERALLARDA ZƏNGİNDİR
Avstraliya İdman İnstitutu (AIS) tərəfindən edilən əvvəlki bir araşdırmada, sinir sistemini stimullaşdıran kofeinin fiziki performansı yüzdə 11-12 artırdığı və idmandan yarım saat əvvəl böyük bir fincan qəhvə içməyin tövsiyə edildiyi bildirilmişdi. Bununla birlikdə, tədqiqatçılar, qəhvədə olan B2, B5, maqnezium və kalium kimi bir çox qidalandırıcı elementin idmandan əvvəl bədənə dəstək olacağını ifadə etdilər.