20 illik araşdırmanın nəticələri elan olundu - QƏHVƏ ÖMRÜ UZADIR
İsveç Goteburq Universiteti tərəfindən həyata keçirilən araşdırmada filtrli qəhvənin sağlamlıq üçün faydalı olduğu və hətta ömrünü uzada biləcəyi açıqlanıb.
xarici mətbuata istinadən xəbər verir ki, dəmləmə türk qəhvəsininsə ürək xəstəliyi riskini artırdığı iddia olunub. 20 ildən çoxdur 508 min insan üzərində aparılan tədqiqatın nəticələri “European Journal of Preventive Cardiology” elmi jurnalında dərc edilib.
“Süzülməmiş qəhvədə xolesterini artıran maddələr var. Qəhvə filtr yolu ilə təmizlənə bilər. Filtrlərdən istifadə zamanı infarkt və vaxtından əvvəl ölüm ehtimalı azalır. Araşdırmamızda qəhvə hazırlama üsulları ilə infarkt və uzunömürlülük arasındakı əlaqəni göstərən güclü və inandırıcı dəlillər var”, - deyə tədqiqat heyətinin rəhbəri, səhiyyə və cəmiyyət tibb mütəxəssisi professor Dag Telle bildirib.
CNN-nin qidalanma mütəxəssisi Lisa Drayersə bildirib ki, yunan, türk qəhvəsi və ya “french press” üsulu ilə hazırlanan qəhvənin tərkibində yüksək miqdarda kafestol var. Bu yağ damlalarında olan kimyəvi maddələrdir:
“Tədqiqatlar göstərir ki, bu maddələr triqliserid və LDL xolesterin səviyyəsini artıra bilər. Odur ki, filtrli qəhvə için. Kağız filtr bu kimyəvi maddələri saxlaya bilər”.
Süzülməmiş və ya qaynadılmış qəhvə 60 yaşdan yuxarı kişilərdə ölüm riskini artırır. Ancaq kağız filtrlərindən istifadə edərək hazırlanmış filtrli qəhvə daha sağlamdır. Tədqiqatda bildirilib ki, filtrli qəhvə heç vaxt qəhvə içməyənlərlə müqayisədə hər hansı bir səbəbdən ölüm riskini 15 faiz azaldır.
Filtrli qəhvə ürək-damar xəstəliklərindən ölüm riskini kişilərdə 12 faiz, qadınlarda isə ürək xəstəliklərindən ölüm faizini 20 faiz azaldır.Publika.az