sehiyye.info

Alimlər koronavirusdan ölüm riskini üç dəfə azaldan vitamini açıqladı

Alimlər koronavirusdan ölüm riskini üç dəfə azaldan vitamini açıqladı
C vitamini koronavirus infeksiyasından ölümlərin üç dəfə azalmasına kömək edir.

Sehiyye.info xəbər verir ki, beynəlxalq alimlər qrupunun araşdırmalarının nəticələri “Nutrients” jurnalında dərc edilib. Bildirilib ki, C vitamininin istifadəsi koronavirus səbəb olduğu ağır xəstəlik sayının azalmasına və nəticədə ölümlərin 68 faiz azalmasına kömək edir. Həmçinin gündəlik 6-24 qram vitamin qəbulu infeksiya halında süni nəfəs cihazında qalma müddətini azaldır.

Tədqiqat müəlliflərindən biri Anitra Karr qeyd edib ki, bədən immun sistemini dəstəkləmək üçün C vitamini istifadə edir, lakin orqanizm C vitamini ifraz edə bilmir.//publika



REKLAM