20 ildən sonra xərçənglə mübarizədə inqilab olacaq - Professor
ABŞ-ın “Pfizer” şirkəti ilə birlikdə koronavirus peyvəndi istehsal edən “BioNTech”in icraçı direktoru Uğur Şahin yaxın 20 ildə xərçənglə mübarizədə inqilab olacağını deyib.
Sehiyye.infonun Türkiyə mətbuatına istinadən xəbərinə görə, effektivliyi 95 faiz olduğu təsdiqlənən peyvəndin yaradıcısı Uğur Şahin və Özlem Türeci ümidverici açıqlamalar verib. Türkiyəli professor xərçəng müalicəsinin əhəmiyyətli dərəcədə dəyişəcəyini iddia edib. Koronavirus peyvəndinin inkişaf etdiricilərindən biri olan həkim Özlem Türeci duyğularını belə dilə gətirib:
“Peyvəndi inkişaf etdirmək böyük bir duyğudur. Düzgün planlaşdırma ilə heç bir çətinlik olmayacaq”.
“İnsan bədəni hüceyrələrinə müəyyən zülallar ifraz etmələrini əmr edərək işləyir və bu zülallar daha sonra antikor reaksiyası meydana gətirir. Koronavirus peyvəndinə daxil olan mRNA (messenger RNA) texnologiyası əvvəlcə xərçənglə mübarizə üçün hazırlanmışdı. Mən COVID-19 peyvəndinin inkişafı ilə yaxın 20 ildə xərçənglə mübarizədə bir inqilab görəcəyimizi düşünürəm. Bu, xərçəng müalicəsinin taleyini əhəmiyyətli dərəcədə dəyişdirməyimizə kömək edəcək”, - Uğur Şahin “The Telegraph”a müsahibəsində bildirib.//publika