sehiyye.info

Həkim-dermatoloq: Dezinfeksiya vasitəsindən istifadənin müntəzəmliyini azaltmaq lazımdır

Həkim-dermatoloq: Dezinfeksiya vasitəsindən istifadənin müntəzəmliyini azaltmaq lazımdır
Spirt tərkibli antiseptiklər dərinin qoruyucu baryerini və ya su-lipid mantiyasını məhv edir. Onun bərpası isə iki-üç saat çəkir.

Bu barədə həkim-dermatoloq Sevinc Rüstəmzadə Media.Az-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, sabun istifadə etdikdən sonra da qismən eyni hadisələr baş verir.

“Bu ziyan dərini praktik olaraq müdafiəsiz və daha həssas edir”, - deyə o, vurğulayıb.

Dermatoloq spirtin müntəzəm istifadəsinin həmçinin əllərin dərisinin mikroflorasını məhv edə biləcəyi barədə də xəbərdarlıq edib.

“Söhbət həmişə dəri üzərində yaşayan və çoxalan bakteriyalar da daxil olmaqla mikroorqanizmlərdən gedir. Axı onların bəziləri qoruyucu funksiya yerinə yetirir”.

Həkimin sözlərinə görə, spirt tərkibli məhsulların həddindən artıq istifadəsi əllərin dərisinin qurumasına və mikroçatların yaranmasına səbəb olur, bu da infeksiyaların, müxtəlif kimyəvi maddələrin və zərərli ətraf mühitin nüfuz etməsi üçün bir növ giriş qapısı rolunu oynayır.

“Bundan əlavə, xroniki ekzema və ya atopik dermatiti olan xəstələrin spirt tərkibli dezinfeksiya vasitələrindən mütəmadi istifadəsi xəstəliyin şiddətlənməsinə və ya residivinə səbəb ola bilər”, - deyə S.Rüstəmzadə xəbərdarlıq edib.

Həkim hazırda antiseptiklərə alternativin olmamasına baxmayaraq, heç olmasa istifadə tezliyini azaltmağı məsləhət görüb.

“Bunun üçün səthlərə mümkün qədər az toxunun. Mümkünsə əllərinizi sabunla yuyun və bacardıqca az hallarda antiseptiklərdən istifadə edin. Potensial təhlükəli şeylərə və ya səthlərə toxunmadınızsa, yalnız profilaktik məqsədlə onlardan istifadəyə dəyməz”, - deyə o, vurğulayıb.//oxu.az

Həkim-dermatoloq: Dezinfeksiya vasitəsindən istifadənin müntəzəmliyini azaltmaq lazımdır



REKLAM