sehiyye.info

Virusla mübarizə aparırıq, tək çarəmiz... - Həkim

Virusla mübarizə aparırıq, tək çarəmiz... - Həkim
Bir ilə yaxındır ki, bu virusla mübarizə aparırıq. Amma tək çarəmiz xəstəliklə mübarizə qaydalarına əməl etməkdir.

Sehiyye.info xəbər verir ki, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

"Bu virusla mübarizə digər infeksiyalarla müqayisədə çox çətindir. Aptekdə andibakterioloji dərmanlar çox olsa da, virusa qarşı dərman tapmaq çətindir. Biz virusa qalib gəlmək üçün hüceyrəni öldürməliyik. İndiyə qədər hər kəs nəsə tapdığını iddia etsə də, koronavirusa qarşı heç bir dərman preparatı yoxdur", - o bildirib.

A.Allahverdiyev qeyd edib ki, dünyanın çox sayda laboratoriyalarında bu virusa qarşı vaksin və dərman hazırlığı aparılır:

"Hazırda 11 vaksin üçün ABŞ-da yerləşən qida və dərman təşkilatına təsdiq üçün müraciət edilib. Əlimizdə təsdiqlənən vaksin yoxdur. Vaksin təsdiqlənsə belə, nə qədər effektiv olacağı məlum deyil. Vaksinin effektivliyi insanlarda nə qədər müddət özünü göstərəcək, bu barədə suallar çoxdur. Lakin virusa yoluxub, sağalan şəxslərdə COVID-19-a qarşı yaranan antitellər 3-4 ay yaşayır".//Axar



REKLAM