Sınan ürək və ya qarışıq beyin üçün ən yaxşı resept mürgüləməkdir
Bir gecə normal yatmaq və ya sadəcə qısa müddətə mürgüləmək emosional məlumatları ümumiləşdirmək və çaşqın hisslərə nəzarəti bərpa etmək deməkdir.
Lakin yuxu yuxudan fərqlidir, alimlər xəbərdarlıq edir.
Qızı hələ məktəbə getməmişdən əvvəl Rebecca Spencer digər valideynlərdən, həmçinin uşaqlarla işləyənlərdən qısa müddətli yuxunun nə dərəcədə faydalı olduğunu öyrənib. Bu yuxu olmadan Rebecca-nın qızı əsəbi və narahat olurdu.
Spencer Massaçusetin Amherst Universitetində nevrobioloq kimi çalışır.
Ona görə də, o, təcrübədən ona məlum olan yuxunun vacibliyini elmi cəhətdən necə izah edildiyini araşdırmaq qərarına gəlib.
"Bəziləri təcrübə yolu ilə bunu öyrənirlər: gündüz yatmayan uşaq emosional cəhətdən idarəolunmaz olur.
Ona görə də belə bir sual yaranır.
Qısa müddətli yuxu zamanı bizim hisslərimizdə nə baş verir. Onlar hansısa şəkildə təkrarlanırlar?", - o deyir.
Müxtəlif araşdırmalar artıq göstərib ki, bu cür yuxu ümumiyyətlə bizə hisslərimizi anlamağa köməklik edir.
O, gün ərzində baş verən təcrübələrə və xatirələrin qorunmasına əsaslanan məlumatın kodlaşdırılmasında mühüm rol oynayır.
Emosional xatirələr hisslərin formalaşdığı beyindəki amiqdalanın (emosiya və yaddaşa cavabdeh olan badam şəklində beyin hissəsi) fəaliyyətini aktivləşdirməkdə əvəzedilməzdir.
"Amiqdalanın aktivləşməsi sizin toyunuzun və və ya valideynlərinizin dəfnini ofisdəki adi bir gündən daha yadda qalan gün olmasına imkan verir", - Spencer deyir.
Badam şəkilli hissə bu xatirələri mühüm bir şey kimi qeydə alır və yuxu zamanı beyin gələcəkdə onu daha asanlıqla yada salmaq üçün onunla günün adi hadisələrindən daha çox işləyir.
Yuxu labarotariyasında alimlər müəyyən ediblər ki, hətta sadəcə mürgüləmək çox faydalıdır
Yuxu labarotariyasında alimlər müəyyən ediblər ki, hətta sadəcə mürgüləmək çox faydalıdır
Lakin xatirələrin necə işlədəyinə təsir edərək yuxu bu şəkildə yaddaşın gücünü dəyişdirməyə qadirdir.
"Yuxuda emosional yaddaşın transformasiyası xüsusilə yaxşı alınır", - deyə Almaniyanın Tübinger Univerisitetindən olan Elaina Bolinger deyir.
Bir qədər əvvəl 8-11 yaş arasında araşdırma aparan Bolinger və həmkarları uşaqlara həm xoşagəlməz, həm də neytral məzmunlu şəkillər göstəriblər.
Uşaqlar hisslərinə uyğun gələn emosional reaksiyanı karandaşla çəkməklə nümayiş etdiriblər.
Bundan sonra onların bəziləri yatıb, bəziləri isə yox.
Digər otaqda oturan tədqiqatçılar əlavə olunmuş elktrodların köməyilə uşaq beyninin necə işlədiyini müşahidə ediblər.
Səhəri günü uşaqlara yenidən şəkillər göstəriblər.
Bu dəfə həm köhnə şəkillər, həm də təzə şəkillər göstərilib.
Yuxu uşaqlara emosiyalarına nəzarət etməsinə kömək edir
Yuxu uşaqlara emosiyalarına nəzarət etməsinə kömək edir
Dünən gecə yatan uşaqlar digər uşaqlarla müqayisədə öz emosiyalarını daha yaxşı idarə ediblər.
Məsələn, gecə yatanlar Bolinger-in beynin arxa hissəsində ölçülmüş gərginlik kimi təsvir etdiyi gec müsbət potensiala (GMP) bir o qədər emosional reaksiya verməyiblər.
O hər dəfə beyin məlumatları işləyən zaman yaranır və bu məlumat mənfi emosiyalarla bağlı olan zaman onun sıçrayışları xüsusilə böyük olur.
Lakin insanlar qismən də olsa GMP-ni idarə etməyə qadirdirlər.
Bolinger-in dediyinə görə, "biz bu və digər emosiyalara qarşı nə hiss etdiyimizi aktiv şəkildə dəyişməyə cəhd edirik. Biz özümüzə deyirik: yaxşı, mən buna o qədər güclü reaksiya verməməyə çalışacam, mən belə emosional reaksiyanı boğmaq
istəyirəm".
Bu araşdırmalar göstərir ki, yuxu emosional məlumatı ümumiləşdirməyə və bizim ona olan münasibətimizi idarə etməyə kömək edir. Və təsir özünü tez göstərir.
"Bir çox digər araşdırmalar həmçinin hətta gecə yuxusunun faydalı olduğunu göstərib", Bolinger deyir.
Lakin, belə çıxır ki yuxu yuxuya qarşıdır.//BBC