sehiyye.info

Koronavirus Azərbaycanda pik həddə çatıb.

Koronavirus Azərbaycanda pik həddə çatıb.
Azərbaycanda koronavirus infeksiyasına daha 2239 yoluxma faktı qeydə alınıb, 1217 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 81 min 397 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 58 min 111 nəfər müalicə olunaraq sağalıb, 1030 nəfər vəfat edib. Aktiv xəstə sayı 22256 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 549 min 568 test aparılıb. Bugünkü test sayı isə 13134-dür.



REKLAM