sehiyye.info

Koronavirusa yoluxma riskini azaltmaq üçün sadə üsullar

Koronavirusa yoluxma riskini azaltmaq üçün sadə üsullar
Koronavirus xəstəliyinə tutulma riskini azaltmaq üçün sağlam həyat tərzi sürməli və mütəmadi olaraq vitamin qəbul etməlisiniz.

Sehiyye/info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sadə tövsiyə həkim-immunoloq Vitali Zverev tərəfindən verilib.

“Koronavirusa yoluxma ehtimalını azaltmaq üçün sağlamlığınıza diqqət yetirməlisiniz. Sağlam həyat tərzi və düzgün qidalanma kömək edəcək”, - Zverev qeyd edib.

İmmunoloq qışda günün qısa olması səbəbindən vitamin çatışmazlığının meydana gəldiyini bildirib. O, xüsusilə də D vitamininin qidaya daxil edilməsində israrlı olub. Zverev koronavirusa yoluxma ehtimalını azaltdığı üçün interferon və sink əsaslı dərmanlar qəbul etməyi tövsiyə edib.~~publika



REKLAM