Koronavirusa yoluxma 30 faiz artıb - ARAŞDIRMA
Koronavirusa yoluxma 30 faiz artıb.
Sehiyye.info xəbər verir ki, bu barədə Honq Konq tibb fakültəsinin dekanı, professor Gabriel Leung Çin mətbuatına verdiyi müsahibədə bildirib.
Alimin fikrincə, bu göstəricinin artmasına DNT mutasiyaları səbəb olub.
Leung qeyd edib ki, yerli bir araşdırma beynəlxalq alimlər qrupunun virusun yoluxucu dərəcəsinin artması ilə bağlı nəticələrini təsdiqləyib. Belə ki, əgər mart ayında bir yoluxmuş şəxs infeksiyanı iki və ya üç nəfərə yoluxdura bilərdisə, indi bu say dördə çatıb.
ÜST-nin son məlumatına görə, dünyada 13 milyona yaxın koronavirusa yoluxma qeydə alınıb, 565 mindən çox insan ölüb.//Publika.az