Varşavada abort qadağanına qarşı təxminən 100 min adam etiraz edib.
Polşada 22 oktyabrdan bəri etirazların arası kəsilmir. Səbəb Konstitusiya Məhkəməsinin, fetusun qüsurları ehtimalı yüksək olan hamiləliyin dayandırılmasını qanunsuz hesab edən qərarı idi.Yəni abortun demək olar ki, tamamilə qadağan olunmasına etirazlara artıq 100 minə yaxın insan qatılıb.
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki,abortun qadağasına səbəb isə Polşa əhalisinin son 15 ildə azalmasıdır.
Xatırladırıq ki,Polşanın hazırda əhalisi 37.845 milyondur.Beş il bundan qabaq isə 38.329 milyon olub.Hesablamalara görə,belə getsə,2100-cü ilə Polşanın əhalisi 23 milyona düşəcək.