sehiyye.info

Dünyanın ən faydalı qidasının adı açıqlandı

Dünyanın ən faydalı qidasının adı açıqlandı
Elm adamları dünyanın ən faydalı qidasını seçib.

Sehiyye.info xəbər verir ki, mütəxəssislər dünyanın ən faydalı və sağlam qidasının badam olduğunu düşünür.

Aparılan son araşdırmalar nəticəsində badamın orqanizmin gündəlik qida tələbatını və lazımi maddələri qarşıladığı ortaya çıxıb.

Badam hər nə qədər yüksək kalorili və yağlı olsa da, olduqca doyurucudur və çəki atmağa yardımçı olur.

Bir ovuc badam 163 kaloridir və tərkibində zeytun yağında da olan doymamış yağlar var. Bundan başqa 3,4 qram Omeqa-3, 6 qram protein və 3,5 qram lifə malikdir.

Hər badam dənəsinin tərkibində yüksək miqdarda antioksidant mövcuddur. Mütəxəssislər çiy badamdan istifadənin gündəlik yaşadığımız stressi azaltdığı qənaətindədir. Bundan başqa, bir ovuc badam gündəlik maqnezium ehtiyacının 20%-ni qarşılayır.



REKLAM