sehiyye.info

Ərik tumunda B-17 var

Ərik tumunda B-17 var
Ərik tumunun ləpəsi çox faydalı və müalicəvi məhsul sayılır.

Bəzən bu məhsul haqqında müxtəlif mənfi rəylər də eşitmək olur - guya ərik tumunun ləpələri çox zəhərlidir və hətta ölümə səbəb ola bilər.

Sehiyye.info ərik tumu və onun orqanizmə olan təsiri ilə bağlı olan kiçik araşdırmamızın nəticələrini təqdim edirik.

Ərik tumunun ləpəsinin tərkibində bir çox vitamin və minerallar, efir yağları, yağlı turşular var. Bu yağlı turşular (olein, linolen, araxin turşuları və s.) ürək və damarların sağlamlığını qoruyur, infarkt və insultun ən effektli profilaktik vasitəsi sayılır, diabetin inkişafınının riskini azaldır.

Ərik tumunun tərkibində nadir "amiqdalin" adlı maddə var. Bu maddə həm də B17 vitamini kimi tanınır. B 17 xərçəng əleyhinə təsirə malikdir. Məhz bu maddə ləpələrə acı dad verir. Orqanizmdə bu vitamin bir neçə daha sadə maddəyə və o cümlədən güclü zəhər olan sinil turşusuna parçalanır. Sinil turşusu orqanizm tərəfindən neytrallaşdırılsa da ərik tumlarının ləpələrini çoxlu miqdarda yemək tövsiyə edilmir - bu həqiqətən zəhərlənməyə səbəb ola bilər. Gündə 1 ovuc ləpə orqanizmə yalnız fayda verə bilər. Burada dahi həkim və filosof Paraselsin tarixi sözləri yadımıza düşür - dünyada hər bir şey zəhər və hər bir şey dərmandır, bunu yalnız miqdar təyin edir.

Yeri gəlmişkən, ən faydalı çərəzlərdən olan badam da amiqdalinlə zəngindir ki, mütəxəssislər badamın da istehlakını məhdudlaşdırmağı tövsiyə edirlər (bu xüsusilə badamın acı növlərinə aiddir).ATV.az

Ərik tumunun ləpəsi iltihabəleyhinə və bəlğəmgətirici təsirə malikdir. Güclü öskürək, bronxit zamanı bu ləpədən hazırlanmış "süd" yaxşı kömək edir. 1 ovuc ərik tumunun ləpəsi 1 stəkan su ilə blenderdə qarışdırılır və süzülür. Alınmış südə bal əlavə edin və gündə 2 dəfə yarım stəkan olmaqla için.

Ərik tumunun ləpəsi qurdqovucu təsirə malikdir. Uşaqlara da bu ləpələri az miqdarda vermək olar. Uşaqlara verəndə daha şirin ləpələrə üstünlük verin.



REKLAM