sehiyye.info

Antiseptiklə oynayan altı yaşlı qız üzündən yanıq xəsarətləri aldı - FOTO

Antiseptiklə oynayan altı yaşlı qız üzündən yanıq xəsarətləri aldı - FOTO
Əl üçün dezinfeksiyaedici vasitə ilə oyanayan altı yaşlı qız yanıq xəsarətləri alıb. Belə ki, balacanın dostlarından biri üzünə sanitayzer yaxılmış qızı yandırıb.
Sehiyye.info oxu.az-a istinadən xəbər verir ki, bu barədə “The Sun” xəbər yayıb.

Bildirilir ki, qız bağda dostları ilə bir-birlərinə antisetik püskürdərək, oyun oynayıblar. Uşaqlardan biri qəfil alışqanı gətirib və səhvən körpənin üzünə od vurub. Uşaq dərhal xəstəxanaya aparılıb.

Travmadan qızın bütün üzünə qırmızı çapıq qalıb. Qurbanın anasının dediyinə görə, aldığı xəsarətlərdən üç ay keçməsinə baxmayaraq, qız özünə güzgüdə baxmaqdan imtina edir. Bundan əlavə, o, məktəbdə onlayn dərslər zamanı kameranı söndürür, çünki görünmək istəmir.

“Bəzi günlərdə daha yaxşıdır. Bir gün yara izlərini görməzliyə vurmağa çalışır, ertəsi gün çox əsəbiləşir və yenidən iyrənc olduğunu düşünür”, - deyə qızın anası hisslərini bölüşüb.

Hazırda uşaq yaraların sağalması üçün sarğı taxmaq məcburiyyətindədir.

Qida və Dərman İdarəsi artıq alıcılara metil spirtini təmizləyici maddələrə qarışdıra biləcək vicdansız istehsalçılar barədə xəbərdarlıq edib. Bu zəhərli, yandırıcı maddə dəfələrlə korluğa və yanıqlara səbəb olub.
Antiseptiklə oynayan altı yaşlı qız üzündən yanıq xəsarətləri aldı - FOTO
Antiseptiklə oynayan altı yaşlı qız üzündən yanıq xəsarətləri aldı - FOTO



REKLAM