22 yaşlı qızı vəfat edən ana Bona Dea Hospitala 30 min ödəyib nəşini aldı.
Bakıda xərçəng xəstəliyindən əziyyət çəkən Təbəssüm Məmmədova 18 gün əvvəl yerləşdirildiyi “Bona Dea Beynəlxalq Hospitalı”nda ağciyər çatışmazlığından vəfat edib.
Sehiyye.info ARB kanalına istinadən xəbər verir ki, məlumata görə, ötən gün vəfat edən 22 yaşlı qızın meyiti doğmalarına təhvil verilməmişdi.
Məsələ ilə bağlı sosial şəbəkələrdə videomüraciəti yayılan mərhumun anası Elnurə Məmmədova iddia edib ki, qızının meyiti xəstəxanaya borcları olduğu üçün ailəsinə təhvil verilməmişdi.Hospital ümumi xərclərin 38 min manat olduğunu və ailənin 8 min borclu qaldığını deyirdi.Lakin məsələ böyük söz söhbətə səbəb oldu və ananın bu müraciətindən sonra gənc qızın meyiti ailə üzvlərinə verilib. Qadın 30 min ödədikdən sonra övladının meyitini təhvil aldığını bildirib.