Kolumbiyada koronavirusa yoluxanların sayı 1 milyonu keçib
Kolumbiyada son sutkada 8769 yeni koronavirusa yoluxma hadisəsi qeydə alınıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkədə yoluxa sayı 1 007 711 nəfərə çatıb.
Təkcə paytaxt Boqotada pandemiya başlayandan bəri 308 645 nəfər koronavirusa yoluxub.
Qeyd edək ki, Kolumbiya dünyada yoluxma sayının 1 milyondan artıq olduğu 8-ci, Cənubi Amerikada isə 3-cü ölkədir.