sehiyye.info

Belarusda koronavirusa yoluxanların sayı 18 mini keçdi

Belarusda koronavirusa yoluxanların sayı 18 mini keçdi
Belarusda koronavirusa son sutkada 861 yeni yoluxma hadisəsi qeydə alınıb.

Sehiyye.info “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Respublikanın Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada koronavirusdan daha 4 nəfər ölüb. Ölkə üzrə yoluxanların ümumi sayı 18 350-yə, ölənlərin sayı isə 107-yə çatıb.

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko Qələbənin 75 illik yubileyi münasibətilə mayın 9-da ölkədə keçiriləcək hərbi paradı təxirə salmayacaqlarını bildirib. Rusiyada isə bununla bağlı tədbir keçirilməyəcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,6 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 252 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. “Report”



REKLAM