İsraildə tutuquşu ərin xəyanətini açıqladı.
İsraildə danışan tutuquşu evdə kişinin mışuqəsi olduğunu dedi.
Sehiyye.info Mako mətbuatına istinadən xəbər verir ki, hadisə İsrailin cənubundakı 50 yaşlı bir iş adamının ailəsində baş verib. Təxminən 15 ildir ki, həyat yoldaşları evdə danışan bir tutuquşu, Grays ilə yaşayır. Bu illər ərzində bütün ailə üzvlərinin və tez-tez qonaqların, qonşuların, itlərin və pişiklərin adlarını öyrəndi və səsləri parodiya etməyi də öyrəndi.
Tutuquşunun danışdığı sözlər arasında kişinin katibəsinin adını da çəkməsi,arvadını şübhələndirdi.Bundan sonra qadın xüsusi dedektiv tutaraq məsələni araşdırdı.Dedektivin araşdırması zamanı məlum olub ki,əri öz katibəsi ilə qadına xəyanət edir.Bundan sonra qadın onlardan boşanma və iki milyon şekel (təqribən 600 min ABŞ dolları) məbləğində təzminat ödəməsi tələbi ilə Rabbin məhkəməsinə müraciət etdi.