sehiyye.info

İsraildə kök hüceyrə terapiyasından keçən ağır xəstələrin hamısı sağalıb

İsraildə kök hüceyrə terapiyasından keçən ağır xəstələrin hamısı sağalıb
İsrailin “Pluristem” şirkəti ölüm riski yüksək olan altı koronavirus xəstəsinə kök hüceyrələri inyeksiya edib.

Nəticədə onlar böyrək və tənəffüs çatışmazlığından əziyyət çəkmələrinə baxmayaraq xəstəliyə qalib gələ biliblər.



Bu barədə “HaberGlobal” məlumat yayıb.

Tətbiq olunan müalicə sayəsində dörd xəstənin tənəffüsündə problemlər yoluxmadan əvvəlki dövrlə müqayisədə yaxşılaşıb.

Qeyd edək ki, İsraildə 9,755 yoluxma qeydə alınıb, 79 nəfər ölüb, 864 nəfər isə sağalıb.



REKLAM