ABŞ-da qorxulu proqnoz: Ölənlərin sayı 300 min ola bilər
ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alma Mərkəzi (CDC) ölkədəki yeni növ koronavirus (Kovid-19) ölümlərinin 300 min civarında ola biləcəyini açıqladı.
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki,CDC-nin hazırladığı hesabatda, "normal olmayan sayılan 100 min ölümün" və ya "səhv təsnif edilmiş" Kovid-19 epidemiyası ilə əlaqəli olduğu qeyd edildi.
Məruzədə Kovid-19-dan gələn əsl ölüm sayının 300 mindən çox ola biləcəyi vurğulandı.
Prof. Dr. Paul Sutton, epidemiyanın birbaşa Covid-19 ilə əlaqəli ölümlərdən başqa ölümlərə böyük təsir göstərdiyini və ölüm sayının rəsmi açıqlamalardan da çox ola biləcəyini bildirdi.
Kovid-19 məlumatlarının tərtib edildiyi "Worldometer" veb saytındakı məlumatlara görə, ABŞ-da koronavirus epidemiyasında ölənlərin sayı 227 min 419-a yüksəldi.