sehiyye.info

Koronavirusa yoluxmayan şanslılar kimlərdir? - ARAŞDIRMA

Koronavirusa yoluxmayan şanslılar kimlərdir? - ARAŞDIRMA
Dünya mediasında vaxtaşırı müxtəlif qan qrupları ilə əlaqəli olan koronavirus infeksiyasının seçiciliyinə dair məqalələr yer alır. Yalnız bir neçə gün əvvəl dünyanın bütün aparıcı nəşrləri “Blood Advances” jurnalında dərc olunan iki tədqiqatın nəticələrini əsas gətirərək mövcud pandemiyada şanslı olan qan qruplarını açıqlayıb.

Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, həkim Maypinder Sehonanın rəhbərliyi ilə danimarkalı mütəxəssislər böyük statistik məlumatlara əsaslanaraq ikinci və üçüncü, eyni zamanda dördüncü qan qrupundan olan insanların Birinci qan qrupu olan insanlarla müqayisədə COVID-19-a daha çox meylli olduğunu irəli sürüb.

“Blood Advances” dərc olunan araşdırmanın nəticələrinə görə, Birinci qrupdan olan insanlar koronavirus infeksiyasına daha az yoluxur, həm də xəstəliyə daha çox dözmülü olur. İkinci və Dördüncü qan qrupu olan xəstələrin süni nəfəs aparatı tələb etməsi ehtimalı daha yüksəkdir. Bu da həmin qan qruplarının COVID-19-dan daha çox ağciyər zədələnməsinin tezliyini göstərir. Eyni zamanda İkinci və Dördüncü qan qruplarından olan xəstələrin böyrək çatışmazlığını müalicə etmək üçün dializə daha çox ehtiyacı olduğu iddia edilib. Ümumilikdə koronavirusa yoluxan Birinci qan qrupundan olan xəstələr xəstəxanalarda daha az vaxt keçirir və daha az reanimasiyada olurlar.

Araşdırmanın müəllifi Dr. Maypinder Sehon əldə edilən bu nəticələri xəstəliyin gedişini təsnif etmək üçün son dərəcə əhəmiyyətli adlandırıb. Eskpert əmindir ki, SARS-CoV-2 koronavirusu yalnız ağciyər və böyrəklərə deyil, digər həyati orqanlara da seçici olaraq “zərbə vurur”.

Koronavorisurun İkinci, Üçüncü və Dördüncü qan qruplarında daha ciddi fəsadlara yol açması yeni xəbər deyil. Çinlilər bu barədə ilk dəfə baharın başlanğıcında, pandemiya yeni başlayanda məlumat vermişdi. Bu haqda məqalə “Medrxiv”də 11 mart 2020-ci il tarixində yayımlanmışdı. Ancaq amerikalılar bu məlumatlara şübhə ilə yanaşırdılar. Yalnız mövcud tibbi sənədlərə əsaslanan retrospektiv tədqiqatların olduqca şübhəli olduğunu söyləyirlər.

Amerikalı həkim Sanni Smitin sözlərinə görə, mövcud nəticələr qan qrupları ilə SARS-CoV-2 infeksiyası halları arasında statistik bir əlaqəni göstərən epidemioloji tədqiqatdır. “Epidemioloji tədqiqatlarla tanış olanlar bilirlər ki, korrelyasiya səbəbi göstərmir. Nəticələrə digər amillər təsir edə bilərdi” , - qeyd edib.

Harvard Universitetinin alimləri də qan qrupu ilə COVID-19 şiddəti arasında heç bir əlaqə aşkar etmədiyini elan edib.

Başqa bir amerikalı alim Bob Geyersə oxucuların reytinqini artırmaq üçün qan qrupunun kovid xəstəliyi riskinə təsiri barədə başlıqları təxribatçı addım adlandırıb. “Qaranlıq bir otaqda olmayan qara pişik axtarmayın” , - o, əlavə edib.

Xatırladaq ki, amerikalılardan fərqli olaraq, yayda avropalı mütəxəssislər qan qrupunun infeksiya riski ilə əlaqəsi olduğu barədə yayılan Çin fərziyyələri ilə həmrəy olduqlarını elan etmişdi.//publika



REKLAM