Bu qan qrupları ürək tutmasına səbəb olur - Nadir KƏŞF
Hollandiya alimləri müəyyən ediblər ki, qan qrupu ürək tutması riskinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Nadir kəşfin materialları tematik jurnalda dərc edilib.
Sehiyye.info Publika.aza istinadən xəbər verir ki, 1,3 milyon könüllünün iştirak etdiyi tədqiqat prosesində alimlər II, III, IV (sıralanma xəstəlik riskinin azalması ilə verilib) qan qrupundan olan adamların ürək xəstəliklərinə və qəfil tutmalara daha çox meyilli olduğunu aşkar ediblər. Sağlam həyat tərzi keçirən və zərərli vərdişləri olmayan adamlarda xəstələnmə ehtimalı azdır.
Alimlər qeyd ediblər ki, I qan qrupundan olan adamlar üçün praktik olaraq ürək xəstəliyi qorxusu yoxdur. Risk qrupuna aid adamlar infarkt və digər ürək xəstəliklərindən qaçmaq üçün müntəzəm şəkildə hərtərəfli müayinə olunmalıdırlar.