sehiyye.info

Gənclər Azərbaycanda süni intellektin tətbiqinə kömək edirlər

Gənclər Azərbaycanda süni intellektin tətbiqinə kömək edirlər
Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaş olduğu “eSAS” Könüllülük proqramı çərçivəsində “Azərbaycan dili üzrə nitqin tanınması üçün məlumat bazasının toplanması” layihəsi davam edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının bu birgə layihəsi “eSAS” elektron Aktivlik Sistemi üzərindən təsis edilib.

Layihənin əsas məqsədi Azərbaycan dili üzrə nitqin tanınması üçün süni intellekt sahəsinin inkişafının dəstəklənməsi, müxtəlif növ böyük məlumat bazalarının hazırlanmasıdır. Yarış 21-27 sentyabr tarixlərini əhatə edəcək və layihə ərzində ən çox mətn səsləndirən könüllülər mükafatlandırılacaq.

Mükafatlandırma mərasimi cari ilin oktyabr ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə keçiriləcək “InnoWeek - İnnovasiyalar Həftəsi” çərçivəsində təşkil ediləcək.

Yarışda iştirak etmək istəyən gənclər aşağıdakı keçiddən qeydiyyatdan keçə bilərlər: https://dc.mymedia.az/



REKLAM