Ömrü uzatmağın yeni üsulu sübut olundu
Skripps Tədqiqat İnstitutunun alimləri müəyyənləşdirib ki, azaldılmış kalori ömrü uzadır, eyni zamanda xərçəng, ürək-damar xəstəlikləri, diabet və demensiya kimi xəstəliklərin yaranma riskini aşağı salır.
Sehiyye.info xəbər verir ki, sağlamlığı yaxşılaşdırmağın yeni potensial üsulu “Science Signaling” jurnalında dərc olunub.
Təcrübə zamanı tədqiqatçılar bir neçə siçan qrupunu müqayisə edib. Bir qrupa məhdud miqdarda kalorili qida verilib, əlavə olaraq 22 dərəcə otaq temperaturunda saxlanılıb. Digər qrup daha isti şəraitdə - 30 dərəcə temperaturda yerləşdirilib. Yüksək temperatur heyvanların bədən istiliyini aşağı salmaqda çətinlik çəkdiyi termoneytral vəziyyətə səbəb olub.
Bundan sonra alimlər siçanların bədənində yalnız qidadan alınan qida birləşmələrini deyil, həm də bədən istiliyindən asılı olan metabolik maddələr axtarıb. Məlum olub ki, temperatur bədənin vəziyyətinə kalori məhdudlaşdırması ilə eyni və ya daha çox təsir göstərir.
Gəmiricilər daha az qida yedikdə onlarda bədən istiliyinin aşağı düşdüyü müşahidə edilib. Deməli, istiliyin aşağı salınması kalori məhdudiyyətindən asılı olmayaraq ömrü uzada bilər. Beləliklə, alimlər bu qənaətə gəlib ki, bədən temperaturunu azaldan xüsusi preparatların hazırlanması sağlam həyat tərzinin uzanmasına və yaşla bağlı xəstəliklər riskinin azalmasına imkan yarada bilər.