sehiyye.info

Koronavirusla mübarizədə uşaqların sağlamlığına diqqət yetirilməlidir

Koronavirusla mübarizədə uşaqların sağlamlığına diqqət yetirilməlidir
Koronavirusla mübarizə şəraitində uşaqların da sağlamlığının qeydinə qalmaq lazımdır.
Sehiyye.info bu barədə Bakı-Teyran Tibb Mərkəzinin həkimi,tanınmış pediatr Cabbar Mustafayevin fikirlərini sizə çatdırır.
Pediatr uşaq sağlamlığı və xəstəliklərlə bağlı koronavirusla mübarizə apararkən günlərini evdə keçirən uşaqların sağlamlığını qorumaq və immunitet sistemini gücləndirmək üçün ediləcəklər haqqında əhəmiyyətli məlumatlar verdi.
"Bu dövrdə evdə qalan uşaqlar gimnastika və məşqlər kimi fiziki fəaliyyətlər etmək, sıx olmayan mühitlərdə təbiət gəzintilərinə çıxaraq günəş işığından faydalanmaq, yuxu rejiminin pozulmamasını təmin etmək, ekran qarşısında keçirdiyimiz vaxtı məhdudlaşdırmaq və zehni inkişafa dəstək olacaq oyunlar oynamaq faydalı ola bilər. Digər vacib amil körpələrin və uşaqların qidalanmasıdır.Qidalanma immunitet sistemini gücləndirmək baxımından da çox vacibdir. Körpələr üçün ana südünün qoruyucu komponentlərinin ümumiyyətlə yoluxucu xəstəliklərdən qoruduğu məlumdur. Dünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, koronavirusdan müvafiq fərdi qoruma tədbirləri görüldükdən sonra,yəni test çavabından sonra ana körpəsini əmizdirə bilər və ya körpəyə süd verilə bilər. "Uşaqlarda sağlam və balanslı bir bəslənmə üçün şəkər və qatqı olan qidalardan uzaq olmalıyıq."

Koronavirusla mübarizədə uşaqların sağlamlığına diqqət yetirilməlidir

"Daha bir vacib məqama toxunmaq lazımdır.Evdəki ab hava,daimi stres uşağın sağlamlığını zəiflədir, böyüyən orqanizmin gücü tükənir (unutmayaq ki, böyümə hər uşağın məşğul olduğu bir işdir) .Ona görə də, uşaqları stressdən qorumaq lazımdır.Bəzi valideynlərin qışqırmaq,tənbeh etmək,müxtəlif qadağalarla uşağı əsəbi etmək halları istisna deyil.
Yaxın günlərdə uşaq bağçaları və məktəblər açılır.Bu baxımdan həmin müəssisələrdə daima uşaqların bədən temperaturunun ölçülməsi,həkim nəzarətində olması vacibdir.
Erkən uşaqlıqdan sevdiyiniz övladınızı aktiv bir həyat tərzinə, düzgün gündəlik tərzə öyrədirsinizsə, yaxşı vərdişlər aşılayırsınızsa və daxili etirazlara səbəb olmadan bunu gözəgörünməz bir şəkildə edirsinizsə, əmin olun ki, uşaq üçün əlavə bir bonus - sağlamlıq qayğısına qaldınız və bu bonus şübhəsizdir həyatın hər sahəsində böyük uğur qazanmağınıza kömək edəcəkdir."-Pediatr Cabbar Mustafayev
qeyd etdi.
Koronavirusla mübarizədə uşaqların sağlamlığına diqqət yetirilməlidir



REKLAM