sehiyye.info

Xarici vətəndaş Azərbaycan həkimlərinə minnətdarlıq edib

 Xarici vətəndaş Azərbaycan həkimlərinə minnətdarlıq edib
Qusardakı “Şahdağ” Turizm Mərkəzində istirahət edən xarici şirkətin əməkdaşı Nikita Şepelyov bədbəxt hadisə nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin AZƏRTAC-a verdiyi məlumata görə, zərərçəkən qaraciyər, böyrək, dalaq, bağırsağın ağır xəsarətləri, çoxlu qanitirmə və ağır travmatik şok diaqnozu ilə Qusar rayon mərkəzi xəstəxanasına qəbul edilib və müalicə olunub.

Xəstəxanada onun üzərində cərrahiyyə əməliyyatı apararaq həyatını xilas ediblər.

Sağalandan sonra Nikita Şepelyov Səhiyyə Nazirliyinə və Qusar Rayon Mərkəzi Xəstəxanasına minnətdarlıq məktubu yazaraq onu həyata qaytaran həkim və tibb işçilərinə öz minnətdarlığını bildirib.



REKLAM