sehiyye.info

Ötən il ərzində xəstəliklərlə əlaqədar 1,4 milyondan çox müraciət daxil olub

Ötən il ərzində xəstəliklərlə əlaqədar 1,4 milyondan çox müraciət daxil olub

Keçən il ərzində 1 milyon 432 min nəfərdən çox ölkə sakini müxtəlif xəstəliklərdən əziyyət çəkib.

Sehiyye.info xəbər verir ki,bu barədə Dövlət Statistika Komitəsinə istinadla məlumat verir.

Onlardan 498,9 min nəfəri tənəffüs orqanları, 207,3 min nəfəri qan dövranı sistemi, 119,3 min nəfəri həzm sistemi, 53,9 mini infeksion və parazitar, 100,2 min nəfəri sidik-cinsiyyət sistemi, 47,6 min nəfəri sinir sistemi, 59 min nəfəri endokrin sisteminin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, 51,6 min nəfəri göz və gözün əlavə aparatının xəstəlikləri ilə əlaqədar müayinə olunaraq müalicə alıblar.

İl ərzində 119, 7 min qadın hamiləliklə əlaqədar həkimlərə müraciət edib.//Azertac



REKLAM