Həkimlər əməliyyat zamanı qadına zeytunu doldurmağıi tapşırdılar.

60 yaşlı italyan qadın beyin şişini aradan qaldırmaq üçün edilən əməliyyat zamanı ayıq qaldıi və zeytunun içini ətlə doldurdu.
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki,bir saatda təxminən 90 zeytun düzəltdi. Bütün əməliyyat təxminən iki saat yarım davam etdi, neyrocərrahlar prosedurun çox yaxşı keçdiyini vurğulayırlar.
Beyin əməliyyatı zamanı xəstələrin gitara və ya skripka ifa etməsi hallarıda olur, ancaq italyan xəstənin kulinariya təcrübəsi ilk dəfə oldu.
Beynin görmə, danışma və ya hərəkətdən məsul olan bölgələrindəki şişləri aradan qaldırmaq üçün şüurlu beyin əməliyyatı aparılır. Cərrahın sağlam toxumalara zərər verməməsinə kömək etmək üçün xəstə bəzi həkimlərin tələblərinə cavab verir və ya bir növ fəaliyyət göstərir.
Askolan zeytunu yeməyini biişirmək asan deyil. Yemək içərisində kıyılmış ət olan çuxurlu yaşıl zeytundan ibarətdir. Zeytunların özləri una, döyülmüş yumurta və çörək qırıntılarına batırılır, sonra dərin yağda qızardılır.//BBC![]()