Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 16-ya endi - FOTO
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 28-nə olan statistik göstəriciləri açıqlayıb.
Sehiyye.info xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 014 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 904 506 test aparılıb. İndiyədək 527 nəfər COVID-19-dan dünyasını dəyişib, 35 986 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1 998 nəfərdir. Hazırda 141 nəfər reanimasiyada müalicə alır. 16 nəfər isə süni tənəffüs cihazına qoşulub.
Qeyd edək ki, bu gün Azərbaycanda 142 yoluxma, 97 sağalma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib.