Reanimasiyada olan koronavirus xəstələrinin sayı AÇIQLANDI
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 11-nə olan statistik göstəriciləri açıqlayıb.
Sehiyye.info xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 318 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 796 459 test aparılıb. İndiyədək 495 nəfər COVID-19-dan dünyasını dəyişib, 30 856 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 380 nəfərdir. Hazırda 226 nəfər reanimasiyada müalicə alır. 46 nəfər isə süni tənəffüs cihazına qoşulub.
Qeyd edək ki, bu gün Azərbaycanda 84 yoluxma, 214 sağalma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib.//modern