sehiyye.info

Zibilə görə zibilə düşdü,Hökməli bələdiyyəsi...

Zibilə görə zibilə düşdü,Hökməli bələdiyyəsi...
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu Hökməli qəsəbəsinin Atyalı yaşayış massivində məişət tullantılarının qanunvericiliyə uyğun idarə edilmədiyi aşkar olunub.

Xidmətin rəis müavini Ramal Bağırov Oxu.Az-a bildirib ki, araşdırma zamanı Hökməli bələdiyyəsinin ərazisində məişət tullantılarının qalaqlanması artıq bir neçə dəfə təkrar edilib. Bununla bağlı bələdiyyə rəhbərliyi qarşısında ciddi tələblər qoyulsa da lazımi tədbirlər hələ də görülməyib:

“Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi məqsədilə bələdiyyəyə daha bir məcburi göstəriş verilib. Dəfələrlə olunan xəbərdarlıqlara baxmayaraq ərazidə yenə də tullantıların düzgün idarə edilmədiyi və qalaqlandığı üçün Hökməli bələdiyyəsi barəsində akt və protokol tərtib olunub.

Bələdiyyənin hüquqi şəxs qismində 6500 manatdan 8000 manatadək cərimələnməsi üçün toplanan materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib”.



REKLAM