Sevgilinizin adını BELƏ yazmaqla boyun ağrısından qurtara bilərsiniz
Sağlam orqanizmə sahib olmaq hər bir insanın arzusudur. Amma çoxları bilmir ki, kişi orqanizmi ilə qadınınki fərqlidir. Yəni, kişilər üçün xeyirli olan qidalar, xanımlara ziyan verə bilərlər. Buna görə də mütəxəssislər kişilər üçün hər zaman fərqli pəhriz, xeyirli qidalar siyahısı hazırlayırlar.
Sehiyye.info Axşam.az-a istinadən güclü cinsin nümayəndələri üçün sağlam qalmağın 7 yolunu təqdim edir:
1. Sağlamlığın ilk dostu idmandır. Əgər idman etməyə vaxtınız yoxdursa, onda... Mütəxəssislər məsləhət görürlər ki, səhər işə gedərkən liftdən yox, pilləkəndən istifadə edin. Özüdə pilləkənləri yavaş-yavaş yox, qaça-qaça çıxıb-düşməyə çalışın.
2. Boyun ağrısını özünüz müalicə edin... İşiniz oturaqdırsa və ya gün ərzində kompüter qarşısından dura bilmirsinizsə, onda sözsüz ki, boynunuzda və belinizdə ağrılar olacaq. Qələmi dişlərinizin arasına qoyun və əlifbadakı bütün hərfləri - A-dan Z-yə kimi hamısını havada yazmağa çalışın. Yorulmasanız, özünüzün və sevgilinizin də adını "yaza bilərsiniz".