sehiyye.info

"Atam 16 avqustda koronavirusdan vəfat edib, TƏBİB deyir həmin gün ölüm olmayıb" - ŞİKAYƏT - FOTO

"Atam 16 avqustda koronavirusdan vəfat edib, TƏBİB deyir həmin gün ölüm olmayıb" - ŞİKAYƏT - FOTO
Avqustun 16-da açıqlanan rəsmi məlumatlara əsasən Azərbaycanda koronavirusdan ölüm halı qeydə alınmadığı halda Həsən Əliyev adlı şəxs atasının həmin tarixdə COVİD-19 –dan dünyasını dəyişdiyini bildirib.
Sehiyye.info xəbər verir ki, o bu barədə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən verilmiş rəsmi sənədi də təqdim edib.

H. Əliyev iddia edir ki, atası Ə. M səhər saat 10:30-da dünyasını dəyişib.
Məsələ ilə bağlı TƏBİB-in mətbuat katibi Yeniavaz.com-a açıqlamasında bildirib ki, günlük statistika günün müəyyən saatlarını əhatə edir: “Bu o demək deyil ki, 16 avqust tarixində açıqlanan rəqəmlər gecə 00:00-dan 17 avqust 00:00-a qədər olan statistikadır. Statistika hər gün günün müəyyən saatında açıqlanır”.
Qeyd edək ki, avqust ayının 16-da Azərbaycanda koronavirusla bağlı statistika saat 16:30-da açıqlanıb.//yeniavaz
"Atam 16 avqustda koronavirusdan vəfat edib, TƏBİB deyir həmin gün ölüm olmayıb" - ŞİKAYƏT - FOTO



REKLAM