Qızdırma, qusma və ölüm: Çini yeni virus ağuşuna aldı
Artıq 7 nəfər ölüb
Ens. az bildirir ki, çinli jurnalistlər ölkəyə yeni bəlanın - Bunyamvera virusu və ya Bunyavirusun hücum çəkdiyini bildirirlər. Yoluxanlarda titrətmə, ishal,orqan çatışmazlığı və ölüm halları müşahidə olunur. Bu barədə Çin Qlobal Tayms nəşri xəbər verir.
Son altı ayda bu virusa 60-dan çox insan yoluxmuş və 7 nəfər ölüb. Virus gənə ilə ötürülür. İnfeksiyanın xəstə insandan sağlam birinə keçə biləcəyinə dair sübut var.
Virusdan əziyyət çəkən Nankin şəhərindən bir xəstə, xəstəliyin tirəmə və öskürək ilə başladığını söyləyib. Həkimlər onun qanında ağ qan hüceyrələrində və trombositlərdə azalma aşkar ediblər.
Qadına bir ay stasionar müalicəsi lazım gəlib. O, xəstəxanadan çıxdı, lakin statistika göstərir ki, Çinin şərqindəki Anhoy və Çjetszyan əyalətlərində ən azı 7 nəfər ölüb.
Çjeszyan Universiteti Klinikasının həkimi Şen Jifang, infeksiyanın insandan insana ötürülməsinin istisna edilə bilməyəcəyini söyləyib. Məsələn, qan və ya selikli qişalar vasitəsilə.
Həkimlər, gənə dişləmələrinin infeksiyanın əsas yayılma yolu olduğunu xəbərdar ediblər.
Bunyavirus adını Uqandadakı Bunyamvera bölgəsindən götürüb. Bu, 2016-cı ildə həmin bölgədə yaranmış virusların adıdır. Virusun ötürülməsi gənələrin, ağcaqanadların köməyi ilə baş verir. Xüsusilə, bu nizamın viruslarından biri Krım-Konqo titrəməsinə səbəb olur - qanaxma, qusma, ishal, ağır tükənmə ilə. Çox vaxt xəstəlik ölümlə başa çatır.