sehiyye.info

Mütəxəssislər açıqladı! Çürümüş dişlər başqa xəstəliklərdən xəbər verir.

 Mütəxəssislər açıqladı! Çürümüş dişlər başqa xəstəliklərdən xəbər verir.

Diş çürükləri ən çox görülən problemlərdən biridir. Xəstələnmiş dişlər təkcə ağız sağlamlığına təsir etmir, həm də insan orqanizmindəki digər orqanların sağlamlığına təkan verir.
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki,diş çürüməsinin səbəb olduğu bakteriyalar ürək və böyrəklərdə yerləşə və müxtəlif infeksiyalara səbəb ola bilər. Uzun illərdir bilinməyən bir səbəb xəstəliyi olaraq qəbul edilən diş çürüməsinin indi "bir çox səbəb xəstəliyi" olduğu anlaşıldı
Diş çürüməsinin 3 əsas amili var. Bakteriyalar lövhəsi, karbohidratlı qidalar, xas amillər. Diş sağlamlığı balanslı bir insanda bu amillərdən biri dəyişsə, kariyes meydana gələcək.
Mütəxəssislər, çürümüş dişlərin ürək sağlamlığına mənfi təsir etdiyini söyləyirlər. Diş sağlamlığı ümumiyyətlə hər kəs üçün vacib olsa da, xüsusən anadangəlmə ürək xəstəliyi olan uşaqlarda və ürək qapağı xəstəliyi olan böyüklərdə daha vacib olur.
Müalicə olunmamış diş və diş əti xəstəlikləri və ya zaman keçdikcə nəzərə alınmayan kiçik bir qançır fokus infeksiyası risklərinə, ürək-damar xəstəliklərinə, mədə xəstəliklərinə, qaraciyər və böyrək problemlərinə, hətta xərçəngə səbəb ola bilər.
Buna görə də erkən diaqnoz bütün xəstəliklərdə olduğu kimi ağız və diş sağlamlığında da çox vacibdir.



REKLAM