sehiyye.info

Diş çürüməsinin qarşısını necə almalı?

Diş çürüməsinin qarşısını necə almalı?
Diş çürüməsinin qarşısını necə almalı?
Sehiyye.info sizə məsləhət edir:
- Diş minasını gücləndirən qidalar yeyilməlidir. Pendir, kərəviz, yaşıl çay, qatıq və cəfəri bakteriya yoxedici xüsusiyyətləri sayəsində diş ətini və diş minasını qoruyur. Ağız içindəki pis bakteriyaları azaldır.

- Təbii olmayan şəkər qəbulunu azaldaraq diş itkisinin qarşısını ala bilərsiniz. Şəkər diş çürüməsini sürətləndirən bakteriya sayını çoxaldır. Diş əti infeksiyalarına zəmin hazırlayır.

- Travmalarda diş itkisini artıran faktorlar arasındadır. Buna xüsusilə, idmançılar diqqət etməlidirlər. Eyni zamanda, sərt qidalar da diş itkisinə səbəb ola bilir.

- Turşulu içkilər diş minasının sürətli çürüməsinə səbəb olur.

- Davamlı diş həkiminə getmək ağız və diş sağlamlığı üçün də vacibdir. Diş ipinin və fırçasının olmadığı zaman yeməklərdən sonra şəkərsiz saqqızla ağzınızdakı qalıntılardan xilas ola bilərsiniz.



REKLAM