sehiyye.info

Daha bir ölkədə birdəfəlik plastik qabların istifadəsi qadağan edildi

Daha bir ölkədə birdəfəlik plastik qabların istifadəsi qadağan edildi
İsveçrənin Cenevrə şəhərində birdəfəlik plastik qablardan istifadəyə cərimə tətbiq olunub.
2020-ci ilin 1 yanvar tarixindən sellofan paketlərin, plastik stəkan, boşqab və digər birdəfəlik plastik mətbəx avadanlıqlarının istifadəsinə qadağa qoyulub.
Eyni zamanda, hökumət rəsmiləri supermarketlərdə alıcılara təqdim olunan pulsuz sellofan torbaların da istifadəsinə qadağa qoyub. Qadağanı pozan şəxslər 100 frank (170 manat) dəyərində cərimə olunacaqlar.
Cenevrədə bütün növ plastik əşyaların dövriyyədən çıxarılmasına 2018-ci ildən başlanılıb. (Big.az)



REKLAM