sehiyye.info

COVID-19 Braziliyada 72 mindən çox insanın ölümünə səbəb oldu

COVID-19 Braziliyada 72 mindən çox insanın ölümünə səbəb oldu
Braziliyada koronavirus xəstələrinin sayı son sutkada 24 min nəfərdən çox artıb.

Sehiyye.info RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, ötən sutkada COVID-19-a 24 831 yoluxma aşkarlanıb. Bununla da Cənubi Amerika ölkəsində koronavirus xəstələrinin sayı 1 864 681 nəfərə yüksəlib.

Ötən gün Braziliyada 631 nəfər təhlükəli infeksiyadan ölüb. Beləliklə ölkədə pandemiya qurbanlarının sayı 72 100 nəfərə çatıb.

Nazirliyin məlumatına görə, virusa yoluxmuş 1 milyondan çox insan sağalıb.

Braziliya dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə ikinci yerdədir. Siyahıda birinci yerdə ABŞ qərarlaşıb.//report



REKLAM