sehiyye.info

Azərbaycanlı həkim Rusiyada boğulan qızı diriltdi.

Azərbaycanlı həkim Rusiyada boğulan qızı diriltdi.
Rusiyada yaşayan həmvətənlərimizin dəfələrlə qəhrəmanlığının şahidi olmuşuq.Yanan binadan insanları xilas etmələri,Qəzaya düşən avtobusdan adamları çıxartmaları və s.
Bu dəfə Rusiyada yaşayan həmvətənlimiz çimərkən suda boğulan qızı diriltməsidir.
Hazırda bütün Rusiya fotdakı bu şəxsdən - azərbaycanlı həkim Kamil Nəzərovdan danışır.Avqustun 6-da Rusiyada gənc bir qız dənizdə boğulur və onu sahilə çıxarırlar. Qızın ürək döyüntüləri və nəbzi olmayıb. Çimərlikdə şəxslər təcili yardıma zəng ediblər ki, gəlib qızın cəsədini aparsınlar.
Lakin həkim Kamil Cəfərov da çimərlikdə imiş. O, qıza yaxınlaşır, 15-20 dəqiqə çalışır, ürək-ağciyər reanimasion yardımı edir. Və qız qəfil nəfəs alır, gözünü açır.
Daha sonra təcili yardım gəlib və qızı xəstəxanaya aparıb.
Sehiyye.info xəbər verir ki,bu barədə sosial şəbəkə istifadəçisi öz səhifəsində qeyd edib.



REKLAM